Saytımıza xoş gəlmisiniz !

Demokratiya və Cender üzrə Güney Qafqaz Vətəndaş Dinləmələri Mərkəzi Azərbaycandan olan vətəndaş fəalı prof. Niyazi Mehdinin təşəbbüsündən doğub. Öncələr o, İnsan Haqları üzrə Güney Qafqaz Rəmzi Məhkəməsini yaratmaq ideyasını formalaşdırmışdı. Çətin deyil görmək ki, həmin ideyanın kökündə İnsan Haqları üzrə Avropa Məhkəməsi və İnsan Haqları üzrə İnter-Amerika Məhkəməsi durur. Niyazi Mehdi yaratdığı Rəmzi Anayasa Məhkəməsinin şərtilik prinsipindən də istifadə edərək Güney Qafqazda Rəmzi Məhkəmə yaratmaq düşüncəsinə gəlmişdi. Səbəb o idi ki, Güney Qafqazda İnsan Haqları üzrə gerçək Məhkəmə yaratmaq dövlətlərin işidir və bu, həm də bölgəmizdə Avropa tipində baş verəcək dövlətlər inteqrasiyasından sonra mümkündür. Əgər belədirsə, indilik keçid forması kimi simvolik məhkəmənin rollar oyunundan istifadə etmək olar.